Rusiya və Ermənistan XİN başçıları regionda nəqliyyat əlaqələrinin bərpa edilməsini müzakirə edib

21:23 | 01.04.2021
Rusiya və Ermənistan XİN başçıları regionda nəqliyyat əlaqələrinin bərpa edilməsini müzakirə edib

Rusiya və Ermənistan XİN başçıları regionda nəqliyyat əlaqələrinin bərpa edilməsini müzakirə edib

Rusiya xarici işlər naziri Sergey Lavrov cümə axşamı Moskvada Ermənistan XİN başçısı Ara Ayvazyanla keçirdiyi görüşdə Dağlıq Qarabağla əlaqəli humanitar və iqtisadi məsələləri müzakirə edib.
"Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında ​​deyilir.
"Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. Dağlıq Qarabağda humanitar məsələlərə, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərinə xüsusi diqqət yetirilib”, - məlumatda bildirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb