Rusiya və Hindistan arasında ən böyük neft sazişi bağlanıb

14:28 | 13.12.2024
Rusiya və Hindistan arasında ən böyük neft sazişi bağlanıb

Rusiya və Hindistan arasında ən böyük neft sazişi bağlanıb

Rusiyanın "Rosneft” şirkəti Hindistanın "Reliance” neft emalı zavodu ilə gündə təxminən 500 min barel neft tədarükü ilə bağlı 10 illik müqavilə imzalayıb.

Qeyd olunur ki, bugünkü qiymətlərlə bu saziş ildə 13 milyard dollara başa gələcək ki, bu da onu iki ölkə arasında neft tədarükü üzrə ən böyük müqaviləyə çevirir.

Mənbələrin məlumatına görə, tədarükün əksəriyyəti gələn il üçün Dubay qiymətindən 3 dollar aşağı qiymətə satılacaq "Urals” markalı neft olacaq. Eyni zamanda, şirkətlər neft bazarlarının dinamikasını nəzərə almaqla, hər il sövdələşmə çərçivəsində qiymətləri və tədarük həcmini nəzərdən keçirəcəklər. Tədarükün 2025-ci ilin yanvarında başlanması planlaşdırılır

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti