Pakistanda "Pabbi” milli antiterror mərkəzində "Dostluq 2024” Rusiya-Pakistan taktiki təlimi başlayıb.Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumdan qeyd edilib ki, təlimdə Rusiya Silahlı Qüvvələri Cənub Hərbi Dairəsinin Volqoqrad vilayətində yerləşən motoatıcı dəstəsinin hərbi qulluqçuları ilə təmsil olunur.
"Birgə taktiki təlim iki ölkə arasında hərbi əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək məqsədi daşıyır”, - nazirlikdən bildirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !