Rusiya və Serbiya prezidentləri arasında telefon danışığı olub.Bu barədə TASS məlumat yayıb.
Vladimir Putin Aleksandr Vuçiçlə Belqradın nasist işğalçılarından azad edilməsinin 80 illiyi münasibətilə bir-birini təbrik ediblər.İkitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi əhval-ruhiyyəsi təsdiqlənib.
Vuçiç Rusiya Federasiyasının Serbiyanın ərazi bütövlüyü məsələlərində tutduğu prinsipial mövqeyə görə Putinə təşəkkür edib.
Ukrayna ətrafında vəziyyət müzakirə olunub. Putin xüsusi hərbi əməliyyatın gedişatını qiymətləndirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !