Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.Bu barədə Kreml məlumat yayıb.
Ərdoğan Putini ad günü münasibətilə təbrik edib.
Liderlər Rusiya-Türkiyə münasibətlərinin konstruktiv xarakterindən məmnun olduqlarını və bundan sonra da sıx əməkdaşlığa hazır olduqlarını bildiriblər. Bir çox aktual ikitərəfli və beynəlxalq məsələlər, o cümlədən Yaxın Şərqdəki hadisələr müzakirə edilib.
Kazanda keçirilən BRİCS sammiti zamanı Putin və Ərdoğan arasında ayrıca görüşün keçirilməsi barədə razılığa gəlinib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !