Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi aparılıb

23:50 | 18.10.2024
Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi aparılıb

Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi aparılıb

Rusiya və Ukrayna arasında 95-95 formatında əsir mübadiləsi aparılıb.Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Oktyabrın 18-də danışıqlar prosesi nəticəsində 95 rusiyalı hərbçi Kiyevin nəzarətində olan ərazilərdən geri qaytarılıb, bunun müqabilində 95 hərbi əsir Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib.Hazırda Rusiya hərbçiləri Belarus ərazisindədirlər, onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı yaradılır",-məlumatda bildirilib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM