Rusiya və Ukraynanın itkiləri açıqlandı

13:46 | 28.12.2022
Rusiya və Ukraynanın itkiləri açıqlandı

Rusiya və Ukraynanın itkiləri açıqlandı

Rusiya indiyə qədər 103 770 hərbçi, 3017 ədəd tank, 6037 ədəd zirehli döyüş maşını, 1 999 ədəd artilleriya sistemi, 418 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 212 hava hücumundan müdafiə sistemi, 283 ədəd hərbi təyyarə, 267 ədəd helikopter, 4 660 ədəd avtomobil texnikası, 1 707 ədəd PUA, 653 qanadlı raket, 16 gəmi/qayıq, 179 xüsusi avadanlıq itirib. Bu barədə xarici KİV-də məlumat yayılıb.


BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi dekabrın 26-na Ukraynada 17 831 mülki itki qeydə alıb. Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri 6 884 nəfər ölüb və 10 947 insan isə yaralanıb.  Bu barədə AHİK məlumat yayıb. 

Ölənlərin və yaralananların əksəriyyətinin ağır artilleriya, reaktiv yaylım atəşi sistemləri, raketlər və bombardmanlar da daxil olmaqla geniş ərazini əhatə edən partlayıcı silahların istifadəsi nəticəsində baş verdiyi bildirilir.

AHİK ənənəvi olaraq faktiki rəqəmlərin daha yüksək olduğunu vurğulayır.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb