Rusiya vətəndaşları 2023-cü il yay tətiləri üçün Türkiyə, Ermənistan, Qazaxıstan, Özbəkistan, Azərbaycana səfər etməyi planlaşdırır. Bu barədə Rusiya mətbuatı yazıb.
Məlumata görə, istifadəçilərin 81%-i yayı Rusiyada, 8%-i qonşu ölkələrdə, 11%-i isə uzaq xaricdə keçirəcək.
Keçən həftə səyahət planlaşdırma xidməti OneTwoTrip müştəriləri arasında sorğu keçirdi və onların Avropaya səyahətə münasibətini öyrəndi.
Məlum olub ki, sorğuda iştirak edən respondentlərin yarıdan çoxu, yəni 51,8%-i Avropa ölkələrində olub. Bununla belə, indi orada az adamın tətil etmək imkanı var: yalnız 18,7% açıq Şengen vizası var və bu il yalnız 11,1% Avropaya səfər edə bilib.
Dövlət Turizm Agentliyinin məlumatına görə, 2023-cü ilin altı ayında Azərbaycana 920 minədək turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44% artım deməkdir.
Gələn turistlərin böyük faizi Rusiyanın payına düşüb. Belə ki, Azərbaycana gələnlərin 32,9 faizi Rusiya, 19,2 faizi Türkiyə, 7,7 faizi İran, 5,2 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 2,4 faizi Səudiyyə Ərəbistanı, hər birindən 2,3 faiz olmaqla Pakistan və Qazaxıstan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, hər birindən 1,5 faizi olmaqla Belarus və Ukrayna, 1,3 faizi Küveyt, hər birindən 1,2 faizi olmaqla Böyük Britaniya və Türkmənistan, 12,5 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 72,2 faizini kişilər, 27,8 faizini qadınlar təşkil edib.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !