Rusiya vətəndaşlığına keçən azərbaycanlıların sayı açıqlanıb

14:16 | 01.02.2023
Rusiya vətəndaşlığına keçən azərbaycanlıların sayı açıqlanıb

Rusiya vətəndaşlığına keçən azərbaycanlıların sayı açıqlanıb

2022- ci ildə 23 min nəfər azərbaycanlı Rusiya vətəndaşlığına qəbul edilib. Bu barədə "RBK” agentliyi məlumat yayıb.

Bildirilib ki, bu göstərici ilə Azərbaycan 6-cı yerdə qərarlaşıb.
 
Keçən il Rusiya vətəndaşlığı alanların 43 faizi (təxminən 297 min nəfər) ukraynalılar olub. İlk üçlükdə Tacikistan (174 min nəfər) və Ermənistan (45 min nəfər) yer alıb.
 
Eyni zamanda 2022-ci ildə 141 min əcnəbinin Rusiyaya girişinə qadağa qoyulub ki, bu da 2021-ci ildəkindən 35 min nəfər azdır.

Keçən il 40 rusiyalı vətəndaşlıqdan imtina edib.
 
2022-ci ilin yanvar-sentyabrında Rusiyada vətəndaşlıq alanların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 7 min nəfər azalaraq 550 min nəfər təşkil edib. Bunların 260 min nəfəri Donbas sakinləri, 120 min nəfəri tacik, 33 min nəfəri erməni olub. Hesabat dövründə Rusiya vətəndaşlığı alan taciklərin sayı əvvəlki illə müqayisədə 2 dəfəyə yaxın artıb, ermənilərin sayı isə 1,4 min nəfər azalıb.
 
2022-ci ilin sentyabrında Rusiya prezidenti Vladimir Putinin əmri ilə qismən səfərbərlik elan olunduqdan sonra Orta Asiya və Qafqazdan olan əmək miqrantlarının bir çoxu ölkəsinə qayıtmağa çalışıb. Lakin onlardan hərbi xidmətə yararlı olanları sərhəd keçid nöqtələrindən geri qaytarıblar.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb