Ukraynanın şimal-şərqində yerləşən Xarkov vilayətinə dron hücumu olub.Bu barədə Xarkov vilayəti polisinin istintaq şöbəsinin rəisi Sergey Bolvinov məlumat verib.
O qeyd edib ki, hücum nəticəsində tibbi batalyon maşınında iki nəfər könüllü həkim ölüb.
"İki həkim həlak oldu - PUA-nın partlaması nəticəsində eyni istiqamətdə hərəkət edən mülki şəxslərin olduğu avtomobilə ziyan dəydi, maşındakıların hamısı yaralandı”, - Bolvinov bildirib.
Xarkov vilayətinin rəhbəri Oleq Sinequbov isə bildirib ki, silahsız sakinlərinə qarşı terror davam edir. Belə ki, bu gün səhər saatlarında Kupyansk şəhərinin mərkəzi hissəsində humanitar yardımın paylanması zamanı pilotsuz uçan aparatının hücumu nəticəsində 64 yaşlı kişi yaralanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !