Moskva ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda parlament seçkilərinə müşahidəçələr göndərməmək qərarını siyasiləşdirilmiş hesab edir.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin insan haqları, demokratiya və qanunun aliliyi üzrə səlahiyyətli nümayəndəsi Konstantin Dolqov deyib.
K.Dolqov bildirib ki, hakimiyyətin beynəlxalq müşahidəçilərin sayının azaldılması barədə tələbinə cavab olaraq DTİHB müşahidəçiləri ümumiyyətlə göndərməməklə, açıq siyasiləşdirilmiş qərar qəbul edib: "Hərçənd, müşahidəçilərin sayı aşkar artırılmışdı".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !