Rusiya dost ölkə - Azərbaycanda uğurlu parlament seçkilərinin keçirilməsini alqışlayır.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
"Azərbaycanda keçirilən parlament seçkilərini MDB müşahidə missiyasının tərkibində Rusiya Federasiya Şurası, Dövlət Duması, MSK və Rusiya subyektlərinin hakimiyyət orqanlarının nümayəndələri müşahidə ediblər.
Onlar MDB-dən olan həmkarlarla yanaşı seçkilərin təşkilinə və keçirilməsinə yüksək qiymət veriblər. Müşahidəçilər seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyini, səsvermə zamanı ciddi nöqsanların olmadığını vurğulayıb”, - o deyib.
Onun sözlərinə görə, parlament seçkiləri dövlət hakimiyyəti və vətəndaş cəmiyyəti institutlarının inkişafı, habelə Azərbaycanda daxili siyasi sabitliyin təmin edilməsi baxımından mühüm addımdır.
"Bir daha xatırlatmaq istərdim ki, bizim Azərbaycanla sıx tərəfdaşlıq əlaqələrimiz var və onlar inkişaf edir”, - M.Zaxarova vurğulayıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !