Rusiya XİN başçısı: “Ukraynadakı gərginliyi azaltmaq mümkündür”

14:04 | 11.04.2014
Rusiya XİN başçısı: “Ukraynadakı gərginliyi azaltmaq mümkündür”

Rusiya XİN başçısı: “Ukraynadakı gərginliyi azaltmaq mümkündür”

Ukraynadakı gərginliyi azaltmaq mümkündür.APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. Lavrov qeyd edib ki, bunun üçün Ukraynanın hazırkı hökumətinin legitimləşdirilməsi prosesini dayandırmaq, Ukraynanın bütün siyasi gücləri və regionları ilə dialoqu inkişaf etdirmək lazımdır. “Əlbəttə ki, Ukraynanın bloklara qoşulmamasına dair ciddi təminat tələb olunur. Biz əminik ki, Ukrayna bizim üçün dost və qardaş ölkədir. Bu ölkə Avropa ilə aramızda nifaqa səbəb olmamalıdır, əksinə Avropada təhlükəsizliyin və əməkdaşlığın qurulmasında əsas halqa olmalıdır", - deyə o vurğulayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM