“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Rusiya, Fransa, və ABŞ sıx qarşılıqlı fəaliyyət göstərib”. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2013-cü ildə fəaliyyətinin nəticələri, əsas istiqamətləri və ortamüddətli perspektivdəki vəzifələri haqqındakı məruzədə deyilir.Məruzədə deyilir ki, Rusiya Federasiyası MDB məkanındakı münaqişələrin siyasi-diplomatik yolla nizamlanmasında fəal rol oynamaqda davam edəcək. ATƏT-in Minsk qrupu yüksək səviyyədə Azərbaycan-Ermənistan təmaslarının bərpa edilməsi ilə bağlı prinsipial razılaşmaya nail olub.“Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə qarşılıqlı fəaliyyət göstərməsinə davam edəcək və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək”, - deyə Rusiya XİN-in məruzəsində deyilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !