“Krım respublikası ətrafında baş verənlərlə Dnestryanı və Dağlıq Qarabağ münaqişələrini müqayisə etməzdim”. ANS PRESS-in məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzi deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi həlli istiqamətində ATƏT-in Minsk Qrupu məşğul olur. Minsk Qrupuna isə Azərbaycan və Ermənistan arasında münaqişənin həlli üçün çalışan Rusiya, Fransa və ABŞ-dan olan həmsədrlər daxildir.“Bu yaxınlarda MDB ölkələrinin xarici işlər nazirlərinin iclası keçirildi. İclasda Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşmüşdü. Uzun müddət idi ki, nazirlər arasında görüş keçirilmirdi”, deyə Vasili Nebenzi bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !