Rusiya XİN-dən Qarabağ açıqlaması

Tərəflərin müharibə ritorikası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə imkan vermir, əksinə vəziyyəti daha da çətinləşdirir. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir."Hələ ötən il Belçikanın Lokeren şəhərində Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə qəbul etdiyi bəyannamədə bildirilirdi ki, Azərbaycan və Ermənistan hökumətləri Dağlıq Qarabağ münaqişəsinin həllində xalqı müharibəyə deyil, sülhə hazırlamalıdır. Hesab edirik ki, münaqişənin həllində bu cür variant daha məqsədəuyğundur. Məhz bu səbəbdən biz Azərbaycan və Ermənistan prezidentlərinin ötən ilin sonunda Vyanada əldə etdikləri razılaşmaya əsasən birbaşa danışıqları davam etdirəcəyinə ümid edirik", - deyə açıqlamada bildirilir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb





















