Rusiya XİN: "Qarabağda vəziyyət qeyri-sabit olaraq qalır"

23:00 | 05.03.2015
Rusiya XİN:

Rusiya XİN: "Qarabağda vəziyyət qeyri-sabit olaraq qalır"

Martın 5-də Rusiya Xarici İşlər Nazirliyində növbəti brifinq keçirilib. 

ANN.Az AzərTac-a istinadən xəbər verir ki, RF xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç brifinqdə Azərbaycan-Ermənistan cəbhə xəttindəki vəziyyətdən danışıb:

"Vəziyyət qeyri-sabit olaraq qalır. İlin əvvəlindən müşahidə olunan gərginlikdən sonra, fevralın ikinci yarısında bir qədər sakitlik yaranmışdı. Tərəflərin nümayəndələri fevralın 20-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kaspşikin qrupu tərəfindən keçirilmiş monitorinqdə bu faktı etiraf etmişlər. Lakin martın ilk günlərində alınmış son məlumatlar atəşkəs rejiminin pozulması hallarının yenidən kəskinləşməsinə dəlalət edir. Təəssüf ki, həlak olanlar da var”.

A.Lukaşeviç qeyd edib ki, martın 4-də A.Kaspşik qoşunların təmas xəttində monitorinq keçirib. RF xarici siyasət idarəsinin rəsmi nümayəndəsi vurğulayıb: "Müvafiq məruzə hazırlanacaq. Güman edirəm ki, vəziyyət barədə daha ətraflı məlumatları ATƏT-in monitorlarından almaq mümkün olacaq”.

Rusiya XİN nümayəndəsi münaqişə tərəflərini təmkin nümayiş etdirməyə, gərginliyin daha da artmasına səbəb ola biləcək hərəkətlərə yol verməməyə, 2014-cü il avqustun 10-da Soçidə keçirilmiş sammitdə bəyan edildiyi kimi, münaqişənin dinc yolla tənzimlənməsinə çalışmağa çağırıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM