Rusiya: “Yaponiya tarixi reallıqları tanısın”

22:08 | 22.09.2015
Rusiya: “Yaponiya tarixi reallıqları tanısın”

Rusiya: “Yaponiya tarixi reallıqları tanısın”


Rusiya deyir ki, Yaponiya ilə sülh sazişi üzrə danışıqlara hazırdır, ancaq iki ölkənin ərazi mübahisəsində kompromisə yer yoxdur.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov bunu sentyabrın 21-də Moskvada yapon həmkarı Fumio Kishida ilə danışıqlardan sonra söyləyib.

Rusiya 2-ci Dünya Müharibəsinin sonunda Yaponiyadan Kuril adalarını alıb və o vaxtdan iki ölkənin münasibətləri gərgin olaraq qalır.

"Sülh sazişi əldə etmək gündəmdədir,” Lavrov deyib. "Bu məsələ üzrə irəliləyiş yalnız o zaman mümkün olar ki, Yaponiya tarixi reallıqları tanısın”.

Nazirlər gələn ay sülh sazişi üzrə ikitərəfli məsləhətləşmələr keçirməyə razılaşıblar. Onlar Rusiya prezidenti Vladimir Putin-in Yaponiyaya səfərini də müzakirə ediblər. Lavrov deyib ki, Kreml dəvəti qəbul edib, konkret tarixi Tokio müəyyənləşdirməlidir. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM