Rusiya yeni nəsil avtomatların istehsalına başlayır

20:45 | 04.02.2015
Rusiya yeni nəsil avtomatların istehsalına başlayır

Rusiya yeni nəsil avtomatların istehsalına başlayır

Rusiyada "gələcəyin əsgəri” üçün "Kalaşnikov” (AK-12) və "Deqtyarov”(A-545) avtomatlarının kütləvi istehsalına fevral ayından başlayacaq.

  Axar.az-ın məlumatına görə, bu barədə Rusiyanın "İzvestiya” qəzeti xəbər verib.   

Qəzet bildirir ki, АК-12 və А-545 avtomatlarının dövlət sınağı bu ilin yanvar ayında başa çatıb.   Yoxlama zamanı hər iki avtomatda bir neçə nöqsan aşkarlandığı və Müdafiə Nazirliyinin tələblərinə cavab vermədiyi bildirilib. Deqtyarov adına zavod nöqsanları aradan qaldırıb və kütləvi istehsala başlayıb. "Kalaşnikov” da AK-12 ilə bağlı analoji işləri başa çatdırmaq üzrədir.   Köhnə AK-74M-ləri əvəz edəcək bu avtomatlar Rusiya ordusuna yazdan etibarən təhvil veriləcək.   Mütəxəssislərin sözlərinə görə, "Deqtyarov” avtomatları dəqiqlik və atış sürətinə görə, AK-12-ləri çox üstələyir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM