"Şübhəsiz biz Yunanıstanda baş verənləri, ən əsası bundan sonra olacaqları çox diqqətlə izləyirik. Əgər Yunanıstana maliyyə yardımı lazımdırsa, ilk növbədə rəsmi Afina bu haqda bizə müraciət etməlidir. Ancaq belə müraciət hələ daxil olmayıb".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Rusiya referendumun nəticələrinə hörmətlə yanaşır.
Jurnalistin "Afina ilə kretidorlar arasında razılıq əldə edilməzsə, Moskva Yunanıstana maliyyə yardımı edə bilərmi" sualını D.Peskov belə cavablandırıb: "Bu sual Afinaya ünvanlanmalıdır. Biz dəfələrlə bu haqda danışmışıq, xarici işlər nazriri Sergey Lavrov bəyan etsə də, yardımla bağlı müraciət olunmayıb. İkitərəfli təmaslarımızda isə bu məsələ müzakirə edilməyib".
Qeyd edək ki, ötən gün Yunanıstanda keçirilən referendumun nəticələrinə əsasən, səs verənlərin 61,31 faizi kreditorlarla ölkənin borcları üzrə sazişin şərtlərinin əleyhinə çıxıblar.
Kreditorlar tərəfindən təklif olunan şərtləri səs verənlərin 38,69 faizi dəstəkləyib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !