ANN.Az rus xəbər agentliklərinə istinadən xəbər verir ki, qlobal təhlükəsizlik mövzusundakı konfranslardan birində iştirak etmək üçün Rusiyada olan Kammenos, Yunanıstanın mövcud silah tədarükü və istehsalı anlaşması çərçivəsində Rusiya ilə hərbi və texniki işbirliyini davam etdirəcəyini açıqlayıb.
Kammenos "S-300", "Tor-Mi" və "Kornet" kimi silah növləri üzrə anlaşmanın müzakirə olunacağını, alınacaq digər silahların siyahısının müəyyən edilməsinin, eləcə də köhnə silahların əvəzinə, yenilərinin təhvil verilməsinin və digər məsələlər mövzusunda müzakirələrin davam edəcəyini bildirib.
Yunan nazir tezliklə Avropa Birliyinin Rusiya üzərinə qoyduğu qadağaların aradan qaldırılacağına ümid etdiyini dilə gətirib və əlavə edib ki, bundan sonra digər istiqamətlərdə də Rusiya ilə müzakirələr aparmaq, müqavilələr bağlamaq mümkündür.
Rus istehdalı olan "S-300" uzun mənzilli havadan müdafiə sistemlərinə sahib yeganə NATO üzvü olan Yunanıstan ilk dəfə bu sistemi 2013-cü ildə müvəfiqqiyyətlə test etmişdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !