Rusiya öz qazını Avropaya TANAP vasitəsilə çatdıracaq

11:49 | 02.12.2014
Rusiya öz qazını Avropaya TANAP vasitəsilə çatdıracaq

Rusiya öz qazını Avropaya TANAP vasitəsilə çatdıracaq

"Cənub axını” layihəsini dayandıran Rusiya öz qazını Avropaya çatdırmaq üçün "Trans-Anadolu” qaz boru kəmərindən (TANAP) istifadə edə bilər.

ANN.Az "APA-Ecvonomics”ə istinadən xəbər verir ki, bunu Rusiyanın Enerji Təhlükəsizliyi Milli Fondunun sədr müavini Aleksey Qrivaç bildirib.

A. Qrivaç xatırladıb ki, TANAP Avropa İttifaqı ölkələrinə Azərbaycan təbii qazının çatdırılması üçün nəzərdə tutulub. Hər il boru vasitəsi ilə 30 mlrd. kubmetr Azərbaycan qazı Avropaya nəql ediləcək. "Lakin düşünmürəm ki, Azərbaycan bu boru kəmərini 15 milyard kubmetrdən artıq qazla təmin edə bilsin. Bu səbəbdən də qalan 15 milyard kubmetr qazı "Qazprom” verə bilər”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM