Rusiya Zəngəzur dəhlizi ilə bağlı bəyanat verib

15:44 | 11.09.2024
Rusiya Zəngəzur dəhlizi ilə bağlı bəyanat verib

Rusiya Zəngəzur dəhlizi ilə bağlı bəyanat verib

 Moskva İranla Zəngəzur dəhlizi üzrə əvvəlki razılaşmalara sadiqdir. Bu barədə İranın Mehr agentliyi  Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyquya istinadən xəbər verib. 

Şoyqu bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşdə bildirib.
 
"Rusiya Tehranla Zəngəzurla bağlı əvvəlki razılaşmalara sadiqdir və Moskvanın bununla bağlı siyasəti qətiyyən dəyişməyib”, - Şoyqu bildirib.

Söhbət zamanı Təhlükəsizlik Şurasının katibi deyib ki, Moskva Tehranın ölkənin Fars körfəzindəki üç ada üzərində suverenliyini dəstəkləyir.

Rəsmi Tehran bir neçə dəfə Zəngəzur dəhlizinin açılması ilə bağlı narahatlığını ifadə edib. Bu mövqeyinə görə, Ermənistan rəsmiləri İrana xüsusi minnətdarlıqlarını da ifadə ediblər. 
 
Şoyqu "Moskva Zənqəzur dəhlizin üzrə əvvəlki razılaşmalara sadiqdir" dedikdə nəyi nəzərdə tutduğunu açıqlamayıb.
 
Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanın yaranmasına kömək edəcək, həmçinin yüklərin daşınmasını təmin edəcəkdir. Türkiyə və Azərbaycan bu dəhlizin açılmasında maraqlı olduqlarını dəfələrlə bildirib. 2020-ci ilin noyabrında Rusiya, Ermənistan və Azərbaycan rəhbərliyinin imzaladığı müqavilədə də bu dəhlizin yaradılması dolayısı ilə təsbit olunub. Lakin Ermənistan tərəfi məsələnin həllini əngəlləyir. 
 
Qərb ölkələri də dəhlizin açılmasının tərəfdarı olduqlarını və ona beynəlxalq müşahidəçilərin nəzarətinin daha uyğun olduğunu bildiriblər. Lakin Rusiya dəhlizə nəzarətin ancaq Rusiyanın əlində olması istəyindədir. 
 
N.Təbrizli 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür