Rusiyada 1000-dən çox etirazçı saxlanılıb

10:18 | 22.09.2022
Rusiyada 1000-dən çox etirazçı saxlanılıb

Rusiyada 1000-dən çox etirazçı saxlanılıb

Rusiyada Prezident Vladimir Putinin  sentyabrın 21-də elan etdiyi  qismən səfərbərliyə qarşı vətəndaş etirazları zamanı təhlükəsizlik qüvvələri tərəfindən ölkənin 38 şəhərində 1176 nəfər saxlanılıb. Bu barədə TSN xəbər verir. 
 
Ən çox vətəndaş Sankt Peterburq və Moskvada saxlanılıb. 
 
Tümen, Volqoqrad, Kazan, İvanovo, Sıktıvkar, Surqut, Voloqda, Nijni Novqorod, Kaluqa, Vyatskiye Polyanı, Smolensk, Belqorodun  hər birində 1 nəfər saxlanılıb. 

O da qeyd olunur ki, reallıqda saxlanılanların sayı elan ediləndən qat-qat çoxdur. Saxlanılanlar vaqonlara doldurularaq naməlum istiqamətə aparılırlar. 


O da bildirilir ki, məhbuslara qarşı ordunu "diskreditə etmək” maddəsi ilə rotokollar tərtib edilir.


Rusiyada saxlanılanların şəhərlər üzrə sayı:

Sankt-Peterburq - 490
Moskva - 424
Yekaterinburq - 40
Perm - 23
Ufa - 22
Çelyabinsk - 20
Krasnoyarsk - 19
Voronej - 15
Krasnodar - 14
Kalininqrad - 11
Saratov - 10
İrkutsk - 9
Petrozavodsk - 8
Ryazan - 8
Arxangelsk - 8
Korolev - 6
Novosibirsk - 6
Tver - 6
Yakutsk - 6
Ulan-Ude - 4
Tula - 4
Jeleznoqorsk - 3
İjevsk - 2
Samara - 2
Tomsk - 2
Salavat - 2

N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM