Rusiyada 1000-ə yaxın miqrant saxlanılıb

20:27 | 26.07.2024
Rusiyada 1000-ə yaxın miqrant saxlanılıb

Rusiyada 1000-ə yaxın miqrant saxlanılıb

Son iki həftə ərzində Sankt-Peterburq və Leninqrad vilayətində polis Rusiyadan deportasiya ediləcək 1000-ə yaxın miqrantı həbs edib. Bu
barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanları miqrantlar arasında pozuntu hallarının müəyyən edilməsi məqsədilə yoxlamalar aparıb. Xüsusilə, polis 150 tikinti sahəsinə, onlarla bazara, 140 ictimai yemək məntəqəsinə və 200 miqrant qəsəbəsinə baxış keçirib. Nəticədə miqrasiya qanunvericiliyinin 7500 pozuntusu aşkar edilib.

Məlumatda, həmçinin qeyd olunur ki, iki həftə ərzində miqrantlar tərəfindən 3,5 min yol hərəkəti qaydasının pozulması faktı qeydə alınıb.
 
Miqrantların əmək fəaliyyətinin təşkili ilə bağlı qanun pozuntularına görə 150 ​​şirkət inzibati məsuliyyətə cəlb edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM