Rusiyada 15 terror aktının qarşısı alındı

17:09 | 08.10.2019
Rusiyada 15 terror aktının qarşısı alındı

Rusiyada 15 terror aktının qarşısı alındı

2019-cu ilin yanvar ayından etibarən Şimali Qafqazda 15 terror aktının qarşısı alınıb.
 
Məlumatı RİA "Novosti” İnformasiya Agentliyi Rusiya Milli Antiterror komitəsinin informasiya mərkəzinə istinadən yayıb.
 
Rusiya Federal Təhlükəsizlik xidmətinin əməkdaşları 15 mümkün terror cəhdinin  qarşısını almaqla yanaşı terrorçulara məxsus 30 ədəd yeşik müsadirə ediblər.
 
Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun fikrincə, 2017-ci ildən terrorizmə qarşı aparılan ciddi mübarizə nəticəsində terror hadisələri əhəmiyyətli sayda azalıb.
 
Rəsmilərin bildirdiyinə görə, terrora cəhd insanların sıx yerləşdiyi ərazilərdə, dini müəssisələrdə habelə  hüquq-mühafizə orqanları yerləşən binalarda planlaşdırılmışdır.
 
Tərcümə: Cavid Zahidoğlu

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM