Əgər SSRİ-də 15 yaşına çatan qızların 10 faizi bakirəliyini itirirdisə, 2014-cü ildə bu göstərici Rusiyada 4 dəfə çox – 41 faiz olub. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Rusiya professional həkim-seksoloqlar birliyinin prezidenti Yevgeni Kulqavçuk məlumat verib. Onun fikrincə, bu göstərici meqapolislər üçün daha xarakterikdir:
"Gənclər həmişə valideynləri ilə müqayisədə dəyişirlər. Ancaq erkən yaşda cinsi əlaqəyə girmək – bu mənfi amildir, bu, cinsi yolla yoluxan xəstəliklərin yayılmasına, reproduktiv potensialın azalmasına və əsəbi seksuallığın inkişafına səbəb olur”.
Onun sözlərinə görə, yeniyetmə bütün mərhələləri (platonik - məktub, həyəcan, sonra erotik - yola salma) keçməlidirlər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !