Tələfat və ya dağıntı yoxdur.
Rusiyada, Sakit okean hövzəsinin Kamçatka sahillərində, 5,3 bal gücündə zəlzələ olub.
"Report" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə idarəsi "Petropavlovsk" seysmologiya stansiyasına istinadən məlumat yayıb.
"Qazeta.ru"nun məlumatına görə, yeraltı təkanların episentri 36 kilometr dərinlikdə yerləşib.
Petropavlovsk-Kamçatka sakinləri zəlzələni 2 bala qədər hiss ediblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !