Rusiyada ABŞ dollarının dövriyyəsi qadağan oluna bilər

15:50 | 05.11.2014
Rusiyada ABŞ dollarının dövriyyəsi qadağan oluna bilər

Rusiyada ABŞ dollarının dövriyyəsi qadağan oluna bilər

Dövlət Dumasına müvafiq qanun layihəsi təqdim edilib

Rusiyada ABŞ dollarının dövriyyəsi qadağan oluna bilər. ANN.Az APA-ya istinadən verdiyi məlumata görə, Dövlət Dumasına dolların Rusiya ərazisində dövriyyəsini və saxlanmasını qadağan edən qanun layihəsi təqdim olunub. Sənəd qəbul olunsa, Rusiya vətəndaşları bir il ərzində Rusiya banklarında olan dollar hesablarını bağlamalı, özlərində olan nəğd dollar əskinaslarını rubla və ya digər ölkələrin valyutalarına dəyişməlidirlər. Əgər bu müddət ərzində Rusiya vətəndaşları bunu etməsələr, onların hesabları dondurulacaq. Polis, gömrük, vergi, sərhəd və miqrasiya xidməti tərəfindən tutulan nağd dollarlar isə müsadirə olunacaq. Qanun qüvvəyə mindikdən sonra Rusiya ərazisində nağd dollar almaq ümumiyyətlə mümkün olmayacaq. Qanunda ABŞ dollarının dövriyyəsi və saxlanılmasının qadağan olunması Rusiya Mərkəzi Bankı, hökuməti, xarici işlər və müdafiə nazirlikləri, Xarici Kəşfiyyat Xidməti və Federal Təhlükəsizlik Xidməti tərəfindən aparılan valyuta əməliyyatlarına şamil olunmayacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM