"İnterfax” xəbər verir ki, bu barədə Rusiya milli alkoqol siyasətini hazırlayan mərkəz məlumat yayıb.
Bildirilib ki, 2019-cu ilin ilk 9 ayında alkoqoldan təsadüfi zəhərlənərək 5 min 10 nəfər ölüb.
Məlumata görə, hazırda Rusiyada hər 100 min nəfərə alkoqoldan zəhərlənərək 4,6 min ölən düşür.
Mütəxəssislərin hesablamalarına görə, bu göstərici Yaroslav, Lipetsk, Yəhudu Muxtar Vilayəti və başqalarında artıb, ancaq Kostroma vilayətində 8 faiz, Başqırdıstanda isə 30 faiz azalıb.
Moskvada alkoqoldan zəhərlənərək ölənlərin sayı 28 faiz azalsa da, Sankt-Peterburqda onların sayı əksinə, 1,5 dəfə artıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !