Rusiyada araq böhranı

14:41 | 22.12.2014
Rusiyada araq böhranı

Rusiyada araq böhranı

Rusiyada noyabr ayında araq istehsalı ilin əvvəlinə nisbətən 38,5 faiz aşağı düşüb.

Ekspertlər bu düşüşü rublun məzənnəsinin aşağı düşməsi və hökumətin spirtli içkilər üçün aksiz markaların dondurulması qərarı ilə bağlıdır. Noyabr ayında Rusiya zavodları 7 milyon dekalitr araq istehsal ediblər ki. bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,5 faiz azdır.

Ekspertlər vurğulayıblar ki, noyabrda qeydə alınan düşüş bu ildən bəri qeydə alınan ən böyük göstəricidir. Sentyabr ayında bu düşüş ötən ilə müqayisədə 7,9 faiz, avqust ayında isə düşüş isə ötən ilə müqayisədə 19,6 faiz olub. //azvision.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM