Rusiyanın Mərkəzi Bankının avronun avqustun 22-si üçün müəyyən etdiyi rəsmi kursu 2,2 rubl artaraq 76,67 rubldan ibarət olub.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, dollar bununla yanaşı 1,16 rubl bahalaşaraq 68,12 rubl olub.
Məzənnələr avqustun 24-ə qədər qüvvədə olacaq.
Moskva vaxtı ilə 12.30-a olan məlumata əsasən, birjada vahid Avropa valyutası üçün 76,6 rubl (5 qəpik artıb), Amerika valyutası üçün isə 68,11 rubl (4 qəpik ucuzlaşıb) verirlər.
Neftin qiymətinin ucuzlaşması fonunda Rusiyanın milli valyutası ucuzlaşmaqda davam edir. Avqustun 21-də Brent markalı neftin bir bareli 46 dollara qədər ucuzlaşıb.
Daha öncə avqustun 19-da Rusiyanın baş nazirinin müavini Arkadi Dvorkoviç bəyan edib ki, yaxın bir neçə il ərzində Brent markalı neftin bir bareli üçün olan qiymət müvəqqəti olaraq 30-35 dollara qədər ucuzlaşa, eləcə də 100 dollara qədər bahalaşa bilər. Ümumilikdə isə məmurun fikrinə görə, etalon marka 50-70 dollar civarında yer alacaq.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev öz növbəsində neftin bir barel üçün 30-40 dollar olan qiymət səviyyəsinə alışmağa çağırıb.
İyulun 20-də Sberbank ekspertləri qarşıdan gələn valyuta şoku barədə xəbərdarlıq ediblər.
Onlar qeyd ediblər ki, şok 2015-ci ilin dördüncü rübündə dollar-avro cütlüyündəki dəyişikliklərə görə olacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !