Rusiyanın Vladimir vilayətində avtobusun qatarla toqquşması nəticəsində azı 17 nəfər ölüb.
anews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəza Vladimir vilayətinin Petuşinski rayonundakı Pokrov dəmiryolu stansiyasının ərazisində baş verib.
Məlumata görə, yol hərəkəti qaydalarını kobud şəkildə pozan avtobus dəmir yolu keçidini keçərkən Sankt-Peterburq - Nijni-Novqorod marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə toqquşub.
Qazaxıstandan gələn avtobusda 56 nəfərin olduğu bildirilir. Qəza yerli vaxtla saat 03:30-da baş verib.
Məlumata görə, avtobusdakı sərnişinlər Özbəkistan vətəndaşları olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !