Rusiyada avtomobil çayda batıb, on nəfər boğulub

20:30 | 12.07.2019
Rusiya Federasiyasının Tuva Respublikasında faciə baş verib. RİA Novosti Agentliyinin xəbərinə görə, UAZ markalı avtomobil Şuy çayından keçərkən batıb.

Avtomobildə olan on nəfər çayda boğulub. Boğularaq ölənlərdən altısı uşaqdır.

Avtomobildə olanlar iki ailənin üzvləri olub. Xilasedicilər hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

ONA


www.anews.az
loading...

Xəbər lenti