Rusiyada Azərbaycan vətəndaşı yol qəzasında yanaraq öldü -VİDEO

23:29 | 08.05.2019
Rusiyada Azərbaycan vətəndaşı yol qəzasında yanaraq öldü -VİDEO

Rusiyada Azərbaycan vətəndaşı yol qəzasında yanaraq öldü -VİDEO

Bu  gün Çelyabinsk yaxınlığında baş vermiş ağır yol nəqliyyat hadisəsində Azərbaycan vətəndaşı faciəvi şəkildə ölüb. Bu barədə 74.ru məlumat yayıb.
Məlumata görə "Lexus ” və  "Mitsubishi” markalı iki minik maşını toqquşub. "Lexus ”un içində olan azərbaycanlı iki dostu ilə birlikdə Ufa şəhərinə gedirmiş.

Hadisə şahidlərinin bildirdiyinə görə, qarşıdan gələn "Mitsubishi” ilə toqquşan "Lexus ” anında alovlanıb. Avtomobildə olan 3 nəfər diri -diri yanıb. 
"Mitsubishi”nin sürücüsü də qəza nəticəsində həlak olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM