Rusiyada azərbaycanlı “bomjlar”ın adına kreditlər götürüb

14:08 | 23.04.2015
Rusiyada azərbaycanlı “bomjlar”ın adına kreditlər götürüb

Rusiyada azərbaycanlı “bomjlar”ın adına kreditlər götürüb

Rusiyanın Kemerova vilayətində üç dələduzun günahı məhkəmə tərəfindən sübuta yetirilib. 

Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, 39 yaşlı Azərbaycan vətəndaşı və onunla əlbir olan iki xanım "bomjlar” və əyyaşların adına kredit rəsmiləşdirərək Kemerovanın üç bankına ziyan vurub. 

Polisin məlumatına əsasən, cinayətkarlar 2012-ci ilin sentyabrından 2013-cü ilin fevralına qədər 15 cinayət faktı törədib. 

Cinayətlər eyni sxem üzrə həyata keçirilib. Dələduzlar tüfeyli həyat tərzi keçirən insanları tapıb, onlara pul mükafatı söz verərək bank krediti götürməyə və krediti ödəyəcəklərinə inandırırdılar.  Bundan sonra cinayətkarlar onlar üçün saxta sənədlər, həmçinin əmək kitabçaları hazırlayırdılar və onlarına adına 25 mindən 400 min rubla qədər məbləğ rəsmiləşdirirdilər. 

Lakin cinayətkarlar bu pulları qaytarmırdılar. Nəticədə banklar kredit götürənlərdən kredit borcunu ödəmələrini tələb edirdilər.  

Elşən Mehdiyev, Natalya İbrahimova və Yuliya Syapukovanın günahı sübuta yetirilsə də, məhkəmə onların hər birinə 4 illik şərti həbs cəzasının təyin oluanacağını mümkün hesab edib. Onların ziyanın hansı məbləğini və kimə ödəyəcəkləri məsələsi isə vətəndaş müraciətlərinə baxılandan sonra müəyyən olunacaq. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti