Rusiyanın Kemerovo vilayətində pul borcu qətllə nəticələnib.Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Kemerovo vilayəti üzrə idarəsində sifarişli qətl haqqında işin təhqiqatı başa çatdırılıb.Cinayət işinin materiallarına əsasən, 44 yaşlı Azərbaycan sakini və onun 30 yaşlı qardaşı arasında 250 min rubl pul borcuna görə münaqişə yaranıb. Böyük qardaş isə pul müqabilində tanışı, əvvəllər həbsdə yatmış 42 yaşlı yerli sakinə borclunu öldürməyi sifariş edib.Kişi muzdlu qatilə tapança verib və o, qurbanını bağçılıq cəmiyyətinin ərazisində güllələyərək, cəsədini atılmış evdə yandırıb.Sonradan kişinin qohumları onun itməsi barədə polisə məlumat veriblər. Araşdırma nəticəsində cinayətin icraçısı və sifarişçisi saxlanılıblar.Faktla bağlı Rusiya CM-in 105-ci maddəsi (“Qətl”) üzrə cinayət işi qaldırılıb və məhkəmənin qərarı ilə saxlanılanlar həbs olunublar. Hazırda bu işin cinayət təhqiqatı başa çatıb və nəzərdən keçirilmək üçün məhkəməyə göndərilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !