Rusiyada azərbaycanlı yeniyetmə polisi vurdu - VİDEO

13:40 | 29.10.2014
Rusiyada azərbaycanlı yeniyetmə polisi vurdu - VİDEO

Rusiyada azərbaycanlı yeniyetmə polisi vurdu - VİDEO

Rusiyanın Saratov şəhərində 17 yaşlı azərbaycanlını polis saxlayıb.

ANS PRESS-in məlumatına görə, Bolşaya Qornaya küçəsində yaşlı qadın polisə müraciət edərək avtomobilin piyada keçidinin üzərində dayandığını və piyadaların hərəkətinə maneə törətdiyini deyib.

Ərazidə olan yol polisi "Folksvaqen Polo" markalı maşına yaxınlaşaraq sürücüdən sənədlərini tələb edib. Bu zaman gənc oğlan sənədləri axtarmağa başlayıb. Lakin qəfildən o avtomobili geri doğru hərəkət etdirib və iki dəfə polis müstəntiqini vurub. Nəticədə polis yerə yıxılıb. Dərhal ayağa qalxan polis zədələnməsinə baxmayaraq avtomobillə qaçan gənci izləməyə başlayıb.

Gənc sürücü qəza törətdiyindən, polis onu qısa vaxtda saxlaya bilib. Nəticədə bəlli olub ki, maşını idarə edən 17 yaşlı Seymur Rzayev olub. Saxlanılan Seymur vəsiqəsi olmadan avtomobil idarə etdiyini və bunun ilk olmadığını deyib. "Mən qardaşıma çox bənzəyirəm. Adətən onun vəsiqəsi ilə maşın sürürəm".

Polis idarəsinə gətirilən gənclə bağlı araşdırma başlayıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM