Kostroma vilayətində "Qaliçe” mağazalar şəbəkəsində alıcını öldürən əslən azərbaycanlı nəzarət altına alınıb, rod-pravo.org məlumat yayıb.
Oxu.Az xəbər verir ki, qətl oktyabrın 24-də axşam saatlarında baş verib.
Məlumata görə, "Qaliçe” mağazalar şəbəkəsində iki şəxs arasında mübahisə yaranıb. Onlardan biri küçəyə çıxıb və rəqibini orada gözləyib. İkinci kişi küçəyə çıxarkən azərbaycanlı onun başına bir yumruq zərbəsi vurub.
29 yaşlı kişi təcili yardım maşınında ölüb.
Rusiya İstintaq Komissiyasının Kostroma vilayəti üzrə İstintaq İdarəsinin Qaliçe rayonlararası istintaq şöbəsində "ölümlə nəticələnən sağlığa bilərəkdən ağır xəsarət yetirmə” maddəsi ilə cinayət işi açılıb və bu gün oktyabrın 28-də o, nəzarət altına alınıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !