Rusiyada azərbaycanlı ər və arvadın meyitləri tapıldı

12:08 | 18.01.2019
Rusiyada azərbaycanlı ər və arvadın meyitləri tapıldı

Rusiyada azərbaycanlı ər və arvadın meyitləri tapıldı

Rusiyanın Moskva vilayətinin Şaxovskaya rayonunda azərbaycanlı ər və arvad yaşadıqları evdə ölmüş halda tapılıblar.

Anews.az report-a istinadən xəbər verir ki, 1980-cı il təvəllüdlü Qurbanov Rasim Bəkir oğlu və həyat yoldaşı, 1985-ci il təvəllüdlü Qurbanova Lyudmila Səməd qızı rayon kənarında yaşadıqları həyət evlərində qonşuları tərəfindən ölmüş halda aşkarlanıblar.

Sağlam həyat tərzi keçirmiş və qəflətən evlərində ölü tapılan ər və arvadın meyitləri üzərində zorakılıq əlaməti aşkar olunmayıb. Ailənin 8 və 6 yaşlı iki oğlan övladı var.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM