Rusiya 2015-ci ilin ilk 4 ayında 2014-cü ilin analoji dövrü üçün qəbul etdiyi – 178,8 min nəfərdən 10 faiz daha çox xarici vətəndaş qəbul edib.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir.
Onların arasında 162,6 min nəfər (illik göstəricidə +11,5%) MDB ölkələrindən gəlib. Ermənistan (6435 nəfər) və Moldova (4618 nəfər) vətəndaşlarının mühacirləri arasında artım müşahidə edilir.
Rusiya statistika xidmətinin hesabatına görə, rublun kursunun enməsi ucbatından Özbəkistan və Tacikistan vətəndaşları arasında 2014-cü ilin yanvar-aprel aylarında mühacir gəlişi, hal-hazırda mühacir axını ilə əvəz edilib (minus 13 217 və 369 nəfər müvafiq olaraq). Bundan başqa, Azərbaycandan (2,5), Belarusdan (1,7 min), Qazaxıstandan (11,4 min), Qırğızıstandan (1,6 min), Türkmənistandan (704) mühacir axını azalıb.
Xaricdən mühacirlərin maksimal axını qeyd edilib, Çindən 2380 çinli gəlib, amma 3701 geri qayıdıb, ona görə də təmiz geri qayıtma müşahidə edilir.
Rusiyanın müsbət mühacir axını Gürcüstan (1182), Yunanıstan (90, ümumilikdə 167), İsrail (52, ümumilikdə 306), Litva (68, ümumilikdə 244) müşahidə edilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !