Rusiyada azərbaycanlı polislərə və hakimə hücum edildi

12:38 | 30.06.2015
Rusiyada azərbaycanlı polislərə və hakimə hücum edildi

Rusiyada azərbaycanlı polislərə və hakimə hücum edildi

Kuzbassda (Rusiya) hakimi təhdid edən və ona zərbə vurmağa çalışan xarici vətəndaşa dair cinayət işi məhkəməyə verilib.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, keçən ilin iyun ayında hüquq pozuntusuna görə Kuzbassda saxlanılan 37 yaşlı Azərbaycan vətəndaşı polisin üzünə gözyaşardıcı qaz vurub, kameraya aparıldıqdan sonra isə növbədə olan əməliyyatçını söyüb.

Administrativ işin baxılması üçün aparılan məhkəmə zalında, o hakimi təhqir edib və onu vurmağa çalışıb. Azərbaycanlının davranışından tərcüməçi də zərər çəkib.  

Regionla istintaq idarəsindən bildiriblər ki, hakimin sağlığına zərər vermək, hakimi təhqir etmək, məhkəmə icraatı iştirakçılarını təhqir etmək, hökumət nümayəndəsinə qarşı zor tətbiq etmək, hökumət nümayəndəsini təhqir etmək kimi bir sıra cinayətlərdə ittiham edilən xarici vətəndaş tezliklə məhkum skamyasına əyləşəcək.

İstintaq tərəfindən onun təqsirini təsdiqləyən dəlillər toplanıb və iş məhkəməyə verilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM