Rusiyada azərbaycanlılar arasında silahlı münaqişənin görüntüləri - VİDEO

15:38 | 14.12.2019
Rusiyada azərbaycanlılar arasında silahlı münaqişənin görüntüləri - VİDEO

Rusiyada azərbaycanlılar arasında silahlı münaqişənin görüntüləri - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində Frunzenski tərəvəz anbarında azərbaycanlılar arasında silahlı atışma baş verib.

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, Sofiyski küçəsində yerləşən anbar ərazisində beş nəfər mübahisə edib.

Hadisə yerinə gələn hüqüq-mühafizə orqanı əməkdaşları ərazidən travmatik silah, "Nissan Teana” və "Volkswagen Polo” markalı avtomobillər aşkar edilib.

Avtomobillərdən biri 41 yaşlı azərbaycanlıya, digəri isə "Sestroreçka” şirkətinə aid olub.

Videomüşahidə kameralarına baxış zamanı, avtomobillərdən çıxan beş şəxsin arasında mübahisə baş verdiyi və onların travmatik silahlardan istifadə etdikləri müəyyən olub.

Daha sonra onlar ərazini tərk ediblər. Araşdırma zamanı, "Nissan” sahibi avtomobilin onun Sankt-Peterburqda qeydiyyatsız yaşayan 42 yaşlı azərbaycanlı tanışının idarə etdiyini deyib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb