Rusiyada azərbaycanlılarla ruslar arasında kütləvi dava

11:07 | 26.05.2015
Rusiyada azərbaycanlılarla ruslar arasında kütləvi dava

Rusiyada azərbaycanlılarla ruslar arasında kütləvi dava

Rusiyada azərbaycanlılar ruslar arasında kütləvi dava baş verib. 

ANS PRESS-in "Komsomolskaya pravda"ya istinadla verdiyi məlumata görə, insident Volqoqrad vilayətində qeydə alınıb. 
Volojskiy şəhərində kütləvi dava azərbaycanlılar və ruslar arasında olub.

57 yaşlı şəhər sakini evə qayıdan zaman "Qazel” markalı avtomobilini qaraja sala bilməyib. Darvazanın qarşısında içərisində musiqiyə qulaq asan azərbaycanlılar olub. Onlar ərazinin yaxınlığında yaşayıblar. Yük maşını sürücüsü onlardan yoldan çəkilmələrini istəyib. 

Bunun üçün onlar arasında mübahisə başlayıb. Mübahisə qısa zamanda davaya çevrilib. 
İki sərxoş sürücünü döyüblər. Onun köməyinə bir neçə yerli sakin gəlib. 

Qarşı tərəf də tanışlarını hadisə yerinə çağırıblar. Dava zamanı yerli sakinlərdən bir təqaüdçü xəsarət alıb. Kamaz markalı maşın yandırlıb. 

Hadisə yerinə polis əlavə qüvvə çağırmalı olub. Yanğını söndürmək üçün yanğınsöndürənlər işləyiblər. 

Qəsəbənin 4 sakini polis bölməsinə aparılıb. Dava ilə bağlı cinayət işi açılıb. 

Daxili İşlər Nazirliyinin vilayət üzrə başçısı Andrey Boçarov bildirib ki, yerli sakinlərin çoxu Rusiya vətəndaşı olan azərbaycanlıların davranışından şikayət ediblər: "Əgər indi buna diqqət ayırmasaq, məişət münaqişəsi millətlərarası qarşıdurmaya keçəcək". O, yaxın zamanda hadisə yerinə prokurorun gələcəyini deyib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM