Rusiyada azərbaycanlının rüşvət cinayəti

13:38 | 09.11.2015
Rusiyada azərbaycanlının rüşvət cinayəti

Rusiyada azərbaycanlının rüşvət cinayəti

Rusiyada daha bir azərbaycanlı məhkəmə qarşısına çıxıb. Həmyerlimiz rüşvət verməyə cəhd etdiyinə görə hökm oxunub.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 42 yaşlı azərbaycanlı vəzifəli şəxsə rüşvət verməkdə ittiham edilib. Müəyyən edilib ki, o, 2011-ci ilin avqustunda avtomobilində saxlanılan yüklərə dair araşdırma aparılmaması üçün polisə 4 min rubl (təqribən 68 manat) rüşvət verməyə cəhd göstərib. 

Belə ki, Çerepovets şəhərində polis əməkdaşları metal daşımaq üçün müvafiq sənədləri olmadan bu işlə məşğul olan maşını saxlayıblar. Bu zaman həmin şəxs polisə rüşvət təklif edib. Lakin hüquq-mühafizə orqanı əməkdaşı rüşvəti almaqdan imitina edib və bu barədə rəhbərliyə məlumat veriblər.

İstintaq komitəsindən bildiriblər ki, təqsirləndirilən şəxs uzun zaman federal axtarışda olub və tapılmadığı üçün Rusiya Federasiyasında cinayət işi dayandırılıb.

Lakin 2015-ci il iyunun 25-də həmin şəxs Azərbaycan Respublikasından Rusiya Federasiyası ərazisinə qayıtmaq istəyərkən saxlanılıb və cinayət işi yenidən bərpa edilib.

O, 2015-ci il iyunun 27-də həbs edilib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 48 min rubl (təqribən 796 manat) məbləğində cərimələnib və azadlıqdan məhrumetmə cəzasından yaxa qurtarıb.

4 gün əvvəl də Rusiyada narkotik satan azərbaycanlıya hökm oxunub.

Zabaykalye əyalətinin Xilok rayon məhkəməsi narkotik vasitələrin satışında ittiham edilən Azərbaycan vətəndaşını 8 il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə Şərqi Sibir nəqliyyat prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Həmin şəxsin məhkum edilməsinə səbəb 2012-ci ilin noyabrında satış məqsədi ilə Omskdan 3,4 kq narkotik vasitələrin qarışığını sərnişin qatarında Xabarovsk vilayətinə gətirməsi olub. Azərbaycanlı və digər bir rus vətəndaşının gətirdikləri qarışığın tərkibində narkotik vasitə heroin olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM