Çərşənbə günü aprelin 8-də polislər Peterburqda İstintaq Komitəsinin xidməti maşınını qaçırmaqda şübhəli bilinən üç nəfəri saxlayıblar.
Oxu.Az "Fontanka”ya istinadən xəbər verir ki, polislər cinayətkarları bir həftəyə yaxın izləyiblər, belə ki, polislər onların onlarla maşını qaçırtmalarına dair məlumata sahib idilər.
Bu gün səhər saat 5-də cinayətkarlar "VAZ-2101” markalı avtomobildə Savuşkin küçəsində yerləşən 113 saylı evə gəliblər. Onlar orada Peterburq İstintaq Komitəsinin "desyatka”sını açıblar, sonra isə şəhərin digər hissəsinə yola düşüblər. Səhər saat 6 radələrində Utkin salında cinayətkarları cinayət axtarış şöbəsinin xarici müşahidə maşınları haqlayaraq, Nevski rayonu DİN İdarəsinə, 24-cü polis bölməsinə gətiriblər.
İndi saxlanılanların hər üçü polisdə izahat yazırlar. Nəşrin məlumatına əsasən onlardan biri Azərbaycan vətəndaşıdır, qalan iki nəfəri rusiyalıdırlar, amma onlar da Azərbaycanda doğulublar.
Cinayət işi açılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !