Rusiyanın Xabarovsk şəhərində azərbaycanlılarla yerli sakinlər arasında dava olub.APA-nın “Amur Media” saytına istinadən verdiyi məlumata görə, dava nəticəsində bir yerli sakin bıçaq yaraları alıb. Hadisə yanvarın 4-dən 5-nə keçən gecə baş verib. İlya adlı Xabarovsk sakini öz rəfiqəsi ilə gəzərkən adı məlum olmayan bir azərbaycanlı onlara yaxınlaşaraq kobudluğa yol verməyə başlayıb. Buna dözə bilməyən yerli sakin azərbaycanlı ilə münaqişəyə girib. Bu anda azərbaycanlı və yerli sakin öz dostlarını çağırıblar, tərəflər arasında dava düşüb, nəticədə Aleksey İnşakov adlı sakin beş bıçaq yarası alıb. Bundan sonra azərbaycanlılar hadisə yerindən gizləniblər. Məlumatda eyni zamanda qeyd olunur ki, bundan sonra adı məlum olmayan şəxslər A.İnşakovu yaralayan şəxsi tapıblar və ona beysbol dəyənəyi ilə zərbələr endiriblər. Yaralanan şəxs reanimasiya göndərilib. Onun həyatını xilas etmək mümkün olub. Xəbərdə həmçinin bildirilir ki, bir neçə gün əvvəl Xabarovskda buna bənzər daha bir hadisə baş verib. Belə ki, Qafqazdan olan bir qrup gənc onlara qarşı “çurka” sözünü işlədən yerli sakinlərini döyüblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !