Rusiyada azərbaycanlıların "kitabı bağlandı" - Hamı təlaşda

14:46 | 07.11.2013
Rusiyada azərbaycanlıların "kitabı bağlandı" - Hamı təlaşda

Rusiyada azərbaycanlıların "kitabı bağlandı" - Hamı təlaşda

Rusiyanın Tver vilayətində azərbaycanlılara məxsus ən böyük meyvə-tərəvəz bazarının fəaliyyətinin dayandırılmasına qərar verilib. Lent.az-ın məlumatına görə, bu barədə noyabrın 1-də mərkəzi rayon məhkəməsi hökm çıxarıb. Məlumata görə, Rusiyanın İstehlak Nəzarəti Komitəsinin bazarda apardığı plandankənar yoxlamalar nəticəsində sanitar-epidemioloji qanunvericilik qaydalarının kütləvi kobudluqla pozulduğu müəyyənləşib. Lakin məhkəmənin hökmü icra edilmədiyindən, bazar bir neçə gün də işləyib. Sutka ərzində bütün meyvə-tərəvəz anbarlarının bağlanacağına dair xəbərdarlıq etmək üçün şəhər məhkəməsinin nümayəndələri bazara gəliblər. Amma rəhbərlikdən heç kim yerində olmayıb. Bazanın direktoru Osmanov Lətif İsa oğlu təcili məzuniyyətə çıxıb, onun Binnətov soyadlı müavini Moskvada olub, bazarın inzibati binasının qapısı isə qıfıllanıb. Hazırda bazarda çalışan həmyerlilərimiz nə edəcəklərini bilmirlər. Onlara bazarın anbarlarında qalan mallarını götürməyə də imkan yaradılmır.Lent.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb