Rusiyada azərbaycanlıya 18 il həbs cəzası verildi

12:50 | 17.01.2014
Rusiyada azərbaycanlıya 18 il həbs cəzası verildi

Rusiyada azərbaycanlıya 18 il həbs cəzası verildi

Rusiyanın Samara vilayətində kirayədə qaldığı evin sahibin öldürən azərbaycanlıya hökm oxunub.APA-nın Rusiya müxbirinin məlumatına görə, hadisə 2013-cü ilin mart ayında Tolyatti şəhərində baş verib. Bir gecəlik ev kirayə götürən azərbaycanlı kirayə pulunu ev sahibəsinə vermək istəməyib. O, buna etiraz edən qadını boğaraq öldürüb. Daha sonra onun üzərindəki qızıl-zinət əşyalarını götürərək, cinayətin izini itirmək məqsədilə qadını 9-cu mərtəbədən aşağı atıb və hadisə yerindən qaçıb.  Samara vilayət məhkəməsinin hökmü ilə azərbaycanlının cinayəti sübuta yetirilib, ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM