Rusiyada bahalaşma

13:30 | 01.02.2015
Rusiyada bahalaşma

Rusiyada bahalaşma

Rusiyada bu gündən etibarən ictimai nəqliyyatda gediş haqları təxminən 7 faiz bahalaşacaq. 

ANS PRESS-in məlumatına görə, paytaxt Moskvanın nəqliyyat departamenti bu barədə açıqlama verib. 

Departamentin müdir müavini Alina Bisembayeva qeyd edib ki, sərnişinlər bütün nəqliyyat vasitələrindən istifadə etməyə imkan verən vahid nəqliyyat biletindən bir dəfə istifadəyə görə 40 rubl deyil, 50 rubl, 2 dəfə istifadəyə görə isə, 80 deyil, 100 rubl ödməli olacaqlar.

Rusiyada sonuncu dəfə gediş haqqı tarifləri 2014-cü il iyun ayının 1-ində bahalaşmışdı.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM